Bank Of Baku

Milli Məclisin komitə sədri: Siqaretlə bağlı məhdudiyyətin qanunda tətbiqi korrupsiyaya yol aça bilər

Milli Məclisin komitə sədri: Siqaretlə bağlı məhdudiyyətin qanunda tətbiqi korrupsiyaya yol aça bilər
# 14 avqust 2009 10:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyi, Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə Azərbaycanın Qazax rayonunda keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə insan haqları günü qeyd olunub. APA-nın məlumatına görə, günün qonaqları Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynov, millət vəkili Fuad Muradov, Mərkəzi Seçki Komissiyasının üzvü Rövşən İsmayılov, hüquqşünas-ekspertlər Otari Qvaladze, Səadət Yusifova olublar.
Əvvəlcə tanışlıq çıxışı edən qonaqlar Azərbaycanda insan haqlarının vəziyyəti, bu sahədə görülən işlər, qarşıda duran problemlər, Avropa insan haqları təsisatları ilə əməkdaşlığın vəziyyəti barədə danışıblar. Diskussiya şəklində davam edən görüşdə Əli Hüseynov bildirib ki, ölüm cəzasının ləğv edən ilk postsovet ölkələrindən biri də Azərbaycan olub və ölkə ən çətin vaxtlarda Avropa Şurası qarşısında öhdəlik götürərək bu quruma daxil olub. Dağlıq Qarabağ münaqişəsindən danışan deputat vurğulayıb ki, bu münaqişədə çoxlu hüquqlar pozulub. Nədənsə Ermənistandan qaçqın düşən azərbaycanlılar İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etmir. Acınacaqlı hal odur ki, erməni diaspora təşkilatları bu məsələdə aktivdirlər”.
Ə.Hüseynov parlament üzvlərinin dövlət orqanlarında və ali məktəblərdə rektor kimi fəaliyyət göstərməsi ilə də bağlı mövqeyini açıqlayıb: “Rektor həm də elmi vəzifə olduğundan dövlət qulluğu sistemində deyil. Fikrimcə, iş adamlarının da deputat olması problem deyil. Almaniyada deputat həm də xarici işlər nazirinin müavini kimi çalışır”.
Komitə sədri siqaret çəkilməsi ilə bağlı məhdudiyyətin qanunda tətbiqinin əleyhinə olduğunu da deyib: “Bu həm iqtisadi, həm də mənəvi bağımdan düzgün deyil. Ticarət müəssisələri üçün isə rüşvətə, korrupsiyaya yol aça bilər”.
Milli Məclisin deputatı, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov isə deyib ki, Yay Universiteti gənclərin biliklərini artırmağa imkan yaradır.
Qeyd edək ki, avqustun 8-dən 17-dək Qazaxda yerləşən Milli Olimpiya Kompleksində həyata keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 130 gənc iştirak edir. Universitetdə gənclər üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, XX əsr Azərbaycan tarixi və azərbaycançılıq ideyası haqqında mühazirələr keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR