Bank Of Baku

“Sərhədlərimizin keşiyində” devizi altında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

“Sərhədlərimizin keşiyində” devizi altında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
# 14 avqust 2009 13:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının yaradılmasının 90 illik yubileyi münasibəti ilə “Sərhədlərimizin keşiyində” devizi altında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. APA-nın məlumatına görə, bununla əlaqədar DSX-də tədbir keçirilib. Tədbirdə çıxış edən DSX-nin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev müsabiqənin beş nominasiya üzrə keçirildiyini və müsabiqədə ölkəmizin professional və həvəskar rəssamlarının, bəstəkarların, tələbələrin,sərhədçi əsgərlərin, sərhədçi zabit və gizirlərin ailə üzvlərinin, sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyini bildirib.
Müsabiqəyə təqdim edilmiş əsərlərin ən yaxşıları münsiflər heyəti tərəfindən seçilərək qaliblər mükafatlandırılıb. Mükafata layiq görülən qaliblərin içərisində Azərbaycanın tanınmış elm və incəsənət xadimləri də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR