Bank Of Baku

Novxanıda “Yay Camp” adlı pilot layihə keçiriləcək

Novxanıda “Yay Camp” adlı pilot layihə keçiriləcək
# 15 avqust 2009 09:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin təşəbbüsü ilə “Yay Camp” adlı pilot layihə keçiriləcək. Birlikdən APA-ya verilən məlumata görə, layihənin əsas məqsədi internatı bitirmiş və ya bitirməkdə olan kimsəsiz uşaqların asudə vaxtların səmərəli keçirmək, təlimlər, partilər və digər maarifləndirici gəzintilərlə uşaqların şəxsiyyətinin formalaşdırılmasında dəstək olmaq və cəmiyyətə kimsəsiz uşaqları adaptasiya etməkdir.
Düşərgə “Right to Play”, “Yuva”, “Kuryer A”, “Aa services”, “Colgate Palmolive” və digər şirkətlərin, eləcə də fərdi insanların dəstəyi ilə həyata keçirilir. Məlumatda bildirilib ki, “Yay Camp” Bakı şəhərində Novxanı qəsəbəsində yerləşir. Bir neçə internat məktəbini və fərdi uşaqları əhatə edəcək “Yay Camp”da müxtəlif təlim və treninqlərin də keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR