Bank Of Baku

Ali məktəblərin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər avqustun 21-dək daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər

Ali məktəblərin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər avqustun 21-dək daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər
# 15 avqust 2009 09:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ali məktəblərin boş qalan plan yerlərinə (əyani, axşam, qiyabi şöbələrinə) qəbul olan abituriyentlər avqustun 21-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməlidirlər. Tələbə Qəbulu üzrə Qəbul Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, həmin müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Orta təhsil bazasından orta ixtisas məktəblərinin hər hansı şöbəsinə (əyani, qiyabi) qəbul olan abituriyentlər isə avqustun 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməli və TQDK tərəfindən orta ixtisas məktəblərinə təqdim olunmuş “Qəbul olanların qeydiyyatı” siyahısında imza etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR