Bank Of Baku

Avqustun 19-na kimi Bakıda və Abşeron yarımadasında havalar sabit keçəcək

Avqustun 19-na kimi Bakıda və Abşeron yarımadasında havalar sabit keçəcək
# 17 avqust 2009 08:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Avqustun 19-na kimi Bakıda və Abşeron yarımadasında havalar sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bu gün dəyişkən buludlu, yağmursuz hava şəraiti gözlənilir. Gecə arabir şimal küləyi əsəcək. Temperatur gündüz saatlarında 25-27 dərəcə təşkil edəcək. Avqustun 18-də isə hava 18-də dəyişkən buludlu, şimal, şimal-şərq küləyi əsəcək, temperatur 29-33 dərəcə olacaq. Avqustun 19-da şimal küləyi axşam saatlarında bir qədər güclənəcək. Temperatur gecə 22-24, gündüz 30-34 dərəcə arasında dəyişəcək.
Rayonlarda isə əsasən yağmursuz, amma bəzi yerlərdə duman olacaq. Temperatur gecə 20-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-24 olacaq. Avqustun 19 və 20-də bəzi yerlərlə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR