Bank Of Baku

Qubada təşkil olunan hərbi-vətənpərvərlik təmayüllü “Şahinlər” yay istirahət düşərgəsi başa çatıb

Qubada təşkil olunan hərbi-vətənpərvərlik təmayüllü  “Şahinlər” yay istirahət düşərgəsi başa çatıb
# 17 avqust 2009 10:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda elan olunan “Uşaq ili” ilə bağlı Səbail rayonunun orta məktəblərində təhsil alan aztəminatlı ailələrdən olan 150 nəfər uşaq üçün Quba rayonunun Qımıl-Qazma kəndində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü “Şahinlər” yay istirahət düşərgəsi başa çatıb. Səbail rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, şagirdlər Qımıl-Qazma kənd əsas məktəbində Daxili Qoşunların Qubadakı hərbi hissənin komandanlığı tərəfindən hər dəstə üçün lazımi ləvazimatlarla təchiz olunub və hərbi vətənpərvərlik məşğələləri keçiblər. İstirahət dövründə uşaqlar üçün Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintilər də təşkil olunub. Düşərgədə məktəblilərə hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində “Azərbaycan Ordusu: nizam-intizam hərbçilərə xas olan vacib xüsusiyyətdir”, “Dağlıq Qarabağ problemi və müasir dünya” mövzularında məşğələlər keçirilib.
Azərbaycanda səfərdə olan Buxarest şəhərinin II sektorunun meri Nikolai Ontsanunun başçılıq etdiyi nümayəndə heyətinin düşərgədə məktəblilərlə görüşü təşkil olunub. Düşərgənin təntənəli bağlanışında Ombudsman Elmira Süleynmanova, Daxili Qoşunlar Komandanının Fəxrəddin Səmədov və incəsənət xadimləri iştirak edib.
Qeyd edək ki, istirahət düşərgəsi Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Quba rayon İcra Hakimiyyəti və DİN Daxili Qoşunların iştirakı ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR