Bank Of Baku

Qazax rayonunda keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə sonuncu mühazirə oxunub

Qazax rayonunda keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə sonuncu mühazirə oxunub
# 17 avqust 2009 11:43 (UTC +04:00)
Qazax. Ramil Məmmədli – APA. “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Qazax rayonunda keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə sonuncu mühazirə oxunub. APA-nın xəbərinə görə, teleaparıcı Qulu Məhərrəmli və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid iştirakçılar qarşısında müasir jurnalistika ilə bağlı mühazirələrlə çıxış ediblər.
Sonda əməkdar artist Tünzalə Ağayevanın iştirakı ilə konsert proqramı baş tutub.
Qeyd edək ki, avqustun 8-dən 17-dək Qazaxda yerləşən Milli Olimpiya Kompleksində həyata keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 130 gənc iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR