Bank Of Baku

Marneulidəki qədim məscid bərpadan sonra istifadəyə verilib

Marneulidəki qədim məscid bərpadan sonra istifadəyə verilib
# 17 avqust 2009 12:01 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanın Marneuli rayonunda Görarxı (Alget) kəndində bərpadan sonra qədim məscidin açılış mərasimi olub. APA-nın Gürcüstan bürosunun xəbərinə gцrə, əsası 1590-cı ildən qoyulmuş bu tarixi məscid Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilib. Tədbirdə Marneuli Rayon Bələdiyyəsinin sədri Ayvaz İsmayılov aparıb. Tədbirdə Tiflis Cьmə məscidinin axundu Məşədi Əli Əliyev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Kvemo-Kartli bцlgə qubernatorunun müavini Zakro Darçiaşvili, Alget kənd məktəbinin direktoru İsaxan Əliyev, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev çıxış ediblər. Mərasimdə qeyd olunub ki, indiyədək Gürcüstanda soydaşlarımız yaşayan bölgələrdə 30 yeni məscid tikilib istifadəyə verilib. Tədbirdə Heydər Əliyev Fondunun Gьrcьstanda həyata keзirdiyi layihələrdən söz açılıb. Qeyd olunub ki, gələcəkdə soydaşlarımızın yaşayış tərzini daha da yaxşılaşdırmaq üçün Fondun dəstəyi ilə Gьrcьstanda infrastruktur layihələrin həyata keзirilməsi ənənəyə зevriləcək.
Həmin gьn həmзinin Gцrarxı kənd icra nьmayəndəliyinin ərazisinə daxil olan 3 kənddə15 min əhalini iзməli su ilə təmin edən və 6,5 km məsafədən зəkilən yeni su kəmərinin açılışı olub.
Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərov jurnalistlərə açıqlamasında qeyd edib ki, o, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən məscidin bərpasının açılışında və yeni iзməli su xəttinin açılışında iştirak edir: "Bu , bizim tolerantlığın ünvanı olan Azərbaycan layihəsi зərзivəsində nəinki Azərbaycanda, eyni zamanda dünyanın müxtəlif bölgələrində məscidlərin, eləcə də dini abidələrin, provaslav kilsələrin bərpası istiqamətində işlərdən biridir. Təbii ki, Fondun prezidentinin tapşırığına əsasən soydaşlarımız yaşayan bölgələrə xьsusi diqqət yetirilir. Biz nəzərdə tuturuq ki, təhsil, mədəniyyət sahələrində də burada qısa müddət ərzində yeni layihələr həyata keзirək. Bununla bağlı səfərimiz зərзivəsində Gürcüstanda bir sıra görüşlərimiz nəzərdə tutulur."
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR