Bank Of Baku

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Quba mərkəzinin bərpadan sonra açılış mərasimi keçirilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Quba mərkəzinin bərpadan sonra açılış mərasimi keçirilib
# 17 avqust 2009 12:27 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Bakıda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) Quba mərkəzinin bərpadan sonra açılış mərasimi keçirilib. Restavrasiya İsrailin “Magen David Adom” (“Davidin qırmızı qalxanı”) humanitar təşkilatının maddi köməyi ilə həyata keçirilib.
APA-nın məlumatına görə, açılış mərasimində AQAC-ın prezidenti Novruz Aslan və İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Latem iştirak ediblər. M.L.Latem insanların həyatını xilas etməyə kömək edən mərkəzin açılışında iştirak etməklə Azərbaycanda səfir kimi fəaliyyətə başlamaqdan məmnun olduğunu bildirib.
Əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərinə görə N.Aslana təşəkkür sertifikatı təqdim olunub.
Qeyd etmək lazımdır ki, “Magen David Adom” təşkilatının nümayəndə heyəti hazırda Bakıdadır və bir həftə ərzində burada treninqlər keçirəcək, AQAC-dan olan həmkarları ilə təcrübə mübadiləsi aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR