Bank Of Baku

Elmira Süleymanova Moskvada saxlanılan azərbaycanlı miqrantların vəziyyəti ilə maraqlanıb

Elmira Süleymanova Moskvada saxlanılan azərbaycanlı miqrantların vəziyyəti ilə maraqlanıb
# 17 avqust 2009 15:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin Əcnəbi vətəndaşlar üçün saxlama mərkəzinin rəhbərliyi ilə telefon əlaqəsi saxlayıb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova həmin müəssisədə saxlanılan, habelə buraya yaxın vaxtlarda gətirilmiş daha on azərbaycanlı miqrantın ailə üzvlərinin narahatlığını nəzərə almaqla onların Vətənə mümkün qədər tez qaytarılması prosesinin sürətləndirilməsini xahiş edib.
Məlumata görə, müvəkkil mütəmadi olaraq həmin mərkəzlə əlaqə saxlayaraq oradakı azərbaycanlı miqrantların vəziyyətinə nəzarət edir.
Qeyd edək ki, bir qədər əvvəl Moskvada işgüzar səfərdə olan Ombudsman Rusiya Federal Ombudsmanı V.P.Lukinlə görüşüb. Müvəkkil həmin səfəri çərçivəsində rusiyalı həmkarının köməyi ilə bu saxlama mərkəzində olub. Mərkəzin rəisi müəssisədə 11 Azərbaycan vətəndaşının saxlandığını, 2 nəfərin isə azad olunaraq vətənə yola salındığını bildirmişdi. O, mərkəzdə RF İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinin (RF ərazisində olma qaydalarını pozma) pozulması ilə əlaqədar məhkəmənin qərarı əsasında daimi qeydiyyatda olduqları ölkəyə göndərildiyini söyləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR