Bank Of Baku

Şaiq Qurbanov: “Donuz qripi” əleyhinə peyvənd preparatı hazır olduqdan sonra Azərbaycana da gətiriləcək”

Şaiq Qurbanov: “Donuz qripi” əleyhinə peyvənd preparatı hazır olduqdan sonra Azərbaycana da gətiriləcək”
# 18 avqust 2009 08:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “A/H1N1 virusu əleyhinə peyvənd preparatı hazır olduqdan sonra Azərbaycana da gətiriləcək. Hazırda dünyanın heç bir yerində bu xəstəliyə qarşı peyvənd virusu hazırlanmayıb”. Bu sözləri APA-ya açıqlamasında Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov deyib. Onun sözlərinə görə, dünyanın ayrı-ayrı mərkəzləri hazırda bu xəstəliklə bağlı araşdırmalar aparır və qrip əleyhinə dərmanların hazırlanması üzərində iş aparırlar: “Belə məlumatlar yayılır ki, “donuz qripi”nə qarşı guya adi qripə qarşı olan peyvəndlərdən istifadə olunur. Bu, doğru deyil. Əgər belə olsa, o zaman yeni peyvənd hazırlamağa ehtiyac olmaz. Çünki virusların müxtəlif növləri, tipləri var və onlara qarşı fərqli peyvəndlər hazırlanır”.

Ş. Qurbanov onu da qeyd edib ki, Azərbaycanın yerləşdiyi regionda bu xəstəlik yayılmadığından virus yalnız xarici mənşəlidir: “Bu baxımdan da birinci növbədə sərhəd buraxılış məntəqələrində gücləndirilmiş rejimində işləmək lazımdır. İndi yay fəslidir, xarici ölkələrə istirahətə gedənlər qayıdır və bu mərhələdə xüsusi ehtiyatlı olmağa ehtiyac var. Əgər xəstəliyə yoluxma halı aşkarlanarsa, biz həmin şəxsi müəyyənləşdirərək müalicə edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR