Bank Of Baku

Azərbaycan-Afrika ekspedisiyası qət etdiyi marşrut boyu hər iqlim qurşağında qarşılaşdıqları biomüxtəlifliyi tədqiq edib

Azərbaycan-Afrika ekspedisiyası qət etdiyi marşrut boyu hər iqlim qurşağında qarşılaşdıqları biomüxtəlifliyi tədqiq edib
# 18 avqust 2009 09:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan-Afrika ekspedisiyası Kilimancaro dağının Uhuru zirvəsinə yürüş zamanı qət etdikləri marşrut boyu hər iqlim qurşağında qarşılaşdıqları biomüxtəlifliyi tədqiq edib. APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ekspedisiya üzvləri həmçinin quşlar, məməli heyvanlar və entomofaunaya aid unikal foto-video materiallar toplamağa nail olublar. Onlar yol boyu Kilimancaro dağındakı Kibo vulkanının üzə çıxardığı yeraltı süxurları, eyni zamanda bu ərazidə mövcud olan müxtəlif qiymətli bioloji nümunələri öyrənib, meteoroloji və geoloji müşahidələr aparıblar.

Məlumata görə, elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıyan birinci Azərbaycan-Afrika ekspedisiya yürüşü başa çatdırdıqdan sonra Azərbaycana qayıdırlar. Ekspedisiyanın üzvləri yürüş zamanı əvvəlcədən nəzərdə tutulan elmi-tədqiqat işlərini tam olaraq uğurla başa çatdırıblar.

Qeyd edək ki, Azərbaycan ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi ekspedisiya Azərbaycandan avqustun 11-də yola düşüb. Ekspedisiya Azərbaycan bayrağını, eləcə də Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” və “Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli” sözləri yazılmış vımpelləri dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən Uhuru zirvəsinə qaldırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR