Bank Of Baku

Bu gün ilk Dünya Humanitar Günüdür

Bu gün ilk Dünya Humanitar Günüdür
# 18 avqust 2009 10:05 (UTC +04:00)
Bu gün BMT Baş Assambleyası tərəfindən elan olunmuş ilk Dünya Humanitar Günüdür. APA-nın məlumatına görə, BMT-nin baş katibi Pan Gi Mun bununla bağlı müraciət yayıb.
Müraciətdə deyilir: “Bu, hər şeydən əvvəl bizim harada olmasından asılı olmayaraq, zəif, fağır və hüquqlardan məhrum edilmiş insanlara yardım etmək üçün götürdüyümüz öhdəliyi yenidən nəzərdən keçirdiyimiz bir gündür. Bu, humanitar cəmiyyətin davamlı missiyasıdır. Həmçinin bu gün tərəfimizdən BMT-nin qəhrəman humanitar heyətinin əməyinə ən yüksək qiymətin verildiyi bir gündür. Bu kişilər və qadınlar müxtəlif millətlərdən olsalar da, hamısı bir inancı bölüşürlər ki, əgər bir insan əzab çəkirsə, bunun məsuliyyəti hamının üzərindədir.
Bu tarix BMT-nin Bağdaddakı qərargahlarına hücum nəticəsində böyük ictimai xadim, özünü insanlara xidmətə həsr etmiş Serxio Vyera de Mellonun da daxil olduğu 22 öz işinə sadiq qadın və kişilərin ölümü ilə nəticələnən hadisənin ildönümünün qeyd edilməsidir. Biz onların irsindən ilham almağa davam edirik və irəliyə addımlamaqda qərarlıyıq”.
Sonda Pan Gi Mun qeyd edib ki, Dünya Humanitar Günü ehtiyacı olan insanların üzərinə işıq saçmaq, onların layiq olduqları köməyi almalarını təmin etmək üçündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR