Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İsmayıllıda jurnalistlər üçün treninq-seminar keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İsmayıllıda jurnalistlər üçün treninq-seminar keçirib
# 18 avqust 2009 10:37 (UTC +04:00)
İsmayıllı. Şahnəzər Bəşirov – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycanın aparıcı KİV nümayəndələri üçün “Ünvanlı sosial yardım və sosial reabilitasiya” mövzusunda treninq-seminar keçirib. APA-nın məlumatına görə, İsmayıllı rayonunda keçirilən tədbirdə məqsəd KİV nümayəndələrinə nazirliyin fəaliyyəti və vəzifələri ilə bağlı məlumat verilməsi, bu sahədə onların bilik və informasiyalarını artırmaq, gələcəkdə sosial sahədən yazan jurnalistlərin nazirlikdə qeyd olunması və onlarla davamlı əməkdaşlığı genişləndirməkdir.
Seminarda nazirliyin aparat rəhbəri Rizvan Əliyev, mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli, yoxsulluq problemləri və ünvanlı sosial yardım şöbəsinin müdiri Natiq Qasımov, aparıcı mütəxəssis Musa Ağamalıyev məruzə ilə çıxış ediblər. Onlar ünvanlı sosial yardım siyasəti, zərurət və təyinat mexanizmi, sosial yardım və sosial reabilitasiya, yoxsulluq problemləri, ünvanlı sosial yardımın həyata keçirilməsində məqsəd, aztəminatlı ailələrin gəlirlərinin hesablanması və digər mövzularda çıxış ediblər.
Seminarın sonunda onun effektiv göstəricisini müəyyənləşdirmək üçün iştirakçılar arasında test tapşırıqları keçirilib. Yüksək nəticə göstərən jurnalistlərə sertifikatlar təqdim olunub.
Nazirlik nümayəndələri bildiriblər ki, sosial sahədən geniş informasiyası olan jurnalistlər gələcəkdə nazirliyin həyata keçirdiyi layihələrə cəlb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR