Avtomobil qəzalarının sayına görə Hindistan dünya lideridir
18 avqust 2009 13:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ümumdünya Səhiyyə Təşkilatı yol hərəkəti təhlükəsizliyi ilə bağlı dünya üzrə yeni hesabatını açıqlayıb.
«APA-Economics»in məlumatına görə, məruzədə bildirilir ki, bütün dünyada hər il orta hesabla avtomobil qəzalarında 1,2 mln. insan həlak olur və insan tələfatının getdikcə artacağı proqnozlaşdırılır. Nəticədə, 2020-ci ildə hər il avtomobil qəzalarında həlak olanların sayı 2 mln-a çatacaq, 2030-cu ildə isə avtomobil qəzası pandemiyaya çevrilərək həlak olmanın əsas səbəbi olacağı proqnozlaşdırılır.
Hazırda yolda həlak olanların sayına görə Hindistan liderlik edir. Bu ölkədə hər il orta hesabla 115 min nəfər avtomobil qəzalarında həlak olur, 456 min nəfər isə xəsarət alır. Hindistanda hər il yol qəzalarında ölənlərin sayı 6% artır. Həlak olanların 22%-i yük avtomobilləri, 19%-i motosiklet, 11%-i isə avtobus sürücüləri və sərnişinləridir. Piyadalara gəldikdə isə, burada ildə orta hesabla 9% piyada həlak olur.
Çində isə ölənlərin sayı 90 min, yaralananların sayı isə ildə 431 min nəfər təşkil edir.
Qeyd edək ki, avtomobil qəzalarının əksər hissəsi kasıb ölkələrin payına düşür. Halbuki, bu ölkələr dünya avtomobil parkının yalnız 48%-nə malikdir.
Müqayisə üçün bildirək ki, 2008-ci ildə Azərbaycanda 2 970 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bunun nəticəsində 1 052 nəfər həlak olub, 3 232 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Sosial
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
13:42
4 may 2024