Oğuzda “Sağlam həyat tərzi və idman: həmyaşıddan-həmyaşıda” təhsil layihəsi çərçivəsində Yay Məktəbinin açılışı keçirilib
18 avqust 2009 14:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi və UNİSEF-in birgə təşkil etdiyi “Sağlam həyat tərzi və idman: həmyaşıddan-həmyaşıda” təhsil layihəsi çərçivəsində Yay Məktəbinin açılışı keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, şuranın sədri Fuad Muradov, UNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Hervord, millət vəkilləri Çingiz Əsədullayev, Rövşən Rzayev və digərləri iştirak edib. Oğuz rayonunda təşkil olunan Yay Məktəbi avqustun 23-dək davam edəcək. Yay Məktəbində Əzizbəyov, Masallı və Hacıqabul rayonlarından olan 35 gənc iştirak edir. Təlim keçən gənclər bu ilin sonunadək 2700 gəncə “Sağlam həyat tərzi və İdman” mövzusunda təlim sessiyaları təşkil edəcəklər.
Sosial
Norveçli səyyahlar Ağdamda olublar - FOTO - YENİLƏNİB
18:18
2 may 2024
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub
17:53
2 may 2024
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək
16:29
2 may 2024
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
14:36
2 may 2024