Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 327,4 min nəfərə çatıb
18 avqust 2009 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il avqust ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 327,4 min nəfər olub, onlardan 4 066,7 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-iyun aylarında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 377,8 min nəfər, orta siyahı sayı isə 1 360,8 min nəfər təşkil edib. Onların 871,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 489,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 20%-i istehsal sahələrində - 12,3%-i sənayedə, 4,9%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,6%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10,1%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,2%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 4,2%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,6%-i isə digər sahələrdə cəmlənib.
Bundan başqa, 2009-cu ilin yanvar-iyun aylarında müəssisə və təşkilatlarda 5,1 min nəfər əcnəbi iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,4 min nəfəri sənayedə, 1,6 min nəfəri tikintidə, 0,7 min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 0,6 min nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 0,4 min nəfəri təhsil sahəsində və 0,4 min nəfəri digər sahələrdə işləyib.
Məşğulluq mərkəzlərinin məlumatına görə, 2009-cu il avqust ayının 1-i vəziyyətinə ölkə üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 43 747 nəfər olub, onların da 45,3%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub.

Sosial
Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər - FOTO - YENİLƏNİB - VİDEO
11:54
4 may 2024
Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlanıb
11:48
4 may 2024
Norveçli səyyah: Qarabağda dağıntılardan sonra yaşayış yerlərinin necə sürətlə ucaldığını gördüm
11:46
4 may 2024
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşib
11:31
4 may 2024