Təhsil Nazirliyində “Təhsilin əsasları” dərs vəsaitinin müzakirəsinə həsr olunmuş toplantı keçirilib
19 avqust 2009 13:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Təhsil Nazirliyində “Təhsilin əsasları” dərs vəsaitinin müzakirəsinə həsr olunmuş toplantı keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə toplantıda çıxış edən təhsil naziri Misir Mərdanov “Təhsilin əsasları” fənninin mütəxəssislərin iştirakı ilə ilk müzakirəsindən ötən müddətdə bir çox təklif və tövsiyələrin nəzərə alındığını qeyd edib.
O, dərsliyin məzmun xətləri və dərs saatlarının bölgüsü barədə fikirlərini bildirib. İlk mərhələdə bu fənnin pilot layihəsi kimi 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində keçiriləcəyini deyən nazir ayrı-ayrı dərs materiallarının daha da təkmilləşdirilməsinin, ali məktəb müəllimləri üçün nəzərdə tutulan 10 günlük treninqlərə ciddi yanaşılmasının zəruri olduğunu vurğulayıb. Təhsil naziri deyib ki, “Təhsilin əsasları”nı tədris edəcək müəllimlər üçün keçiriləcək treninqlər fənnin məzmununun əsas istiqamətlərinin və müasir təlim texnologiyalarından istifadə vərdişlərinin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Toplantıda dərs vəsaitinin məzmun xətlərinin praktik xarakter alması üçün müvafiq işçi qrupunun apardığı dəyişikliklərdən bəhs edən təqdimat məruzəsi ətrafında fikir mübadiləsi aparılıb, mütəxəssislərin dərs vəsaitinin müxtəlif cəhətləri haqqında təklif və tövsiyələri dinlənilib.

Sosial
Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
18:30
8 may 2024
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib
17:29
8 may 2024
FHN tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
16:40
8 may 2024
Zaqatalada baş verən zəhərlənmənin səbəbi məlum olub
16:33
8 may 2024