Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər yanvar-iyul aylarında 13% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər yanvar-iyul aylarında 13% artıb
# 20 avqust 2009 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə 2,054 mlrd. manatlıq və ya 12,8% çox pullu xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 44,5%-ni özəl sektorun müəssisələri təmin edib. Bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2008-ci ilin eyni dövrünün səviyyəsini 7,6% üstələyərək 1 468,2 mln. manata çatıb.

Hesabat dövründə xidmət müəssisələrində hər bir ölkə sakini orta hesabla ayda 33,2 manatlıq və ya 2008-ci ilin yeddi ayı ilə müqayisədə 5 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 4,2 manatı hüquqi şəxs statuslu müəssisələr üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR