Korrupsiyaya Qarşı Mübarizə Fondu “Regionlarda antikorrupsion maarifləndirmə və hüquqi yardım” layihəsi çərçivəsində növbəti tədbir keçirib
20 avqust 2009 09:37 (UTC +04:00)
Bakı-APA. Korrupsiyaya Qarşı Mübarizə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda antikorrupsion maarifləndirmə və hüquqi yardım” layihəsini həyata keçirir. Fonddan APA-ya verilən məlumata görə, layihənin əsas məqsədi qəbul edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” icrasının və regionlarda keçirilmiş antikorrupsion sorğuların nəticələrinin yerli dövlət orqanları və ictimaiyyətin nümayəndələri ilə birgə müzakirəsi və Milli Strategiyanın icrasına ictimai nəzarətin təşkilidir. Layihə çərçivəsində növbəti tədbir Tovuz şəhərində keçirilib.
Tədbirdə yerli ictimaiyyətin, KİV-in, icra strukturlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Müzakirələr qeyd olunan Milli Strategiyanın icra olunması və bu icraya ictimai nəzarətin təşkili ilə bağlı aparılıb. Tədbirdə həmçinin Azərbaycan prezidenti İlham Əliyevin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 22 iyun 2009-cu il fərmanında yerli dövlət orqanları qarşısında qoyulan tələblər ictimaiyyətin diqqətinə çatdırılıb. Əhalinin korrupsiya ilə bağlı ərizə və şikayətlərinə baxılması məqsədi ilə Korrupsiyaya qarşı Mübarizə Fondu region əhalisinə hüquqi yardım etməyi nəzərdə tutur.

Sosial
Norveçli səyyahlar Ağdamda olublar - FOTO - YENİLƏNİB
18:18
2 may 2024
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub
17:53
2 may 2024
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək
16:29
2 may 2024
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
14:36
2 may 2024