Bank Of Baku

Misir Mərdanov: “Məktəb direktorlarının valideynlərdən bir qəpik də vəsait tələb etmək haqqı yoxdur”

Misir Mərdanov: “Məktəb direktorlarının valideynlərdən bir qəpik də vəsait tələb etmək haqqı yoxdur”
# 20 avqust 2009 09:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Məktəb direktorlarının heç bir Azərbaycan vətəndaşından heç bir təhsil müəssisəsində bir qəpik də olsun vəsait tələb etmək haqqı yoxdur. Azərbaycanın orta məktəbləri və dövlət uşaq bağçaları dövlət vəsaiti hesabına işləyir”. APA-nın məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəblərdə yeni tədris ili öncəsi şagirdlərdən pul yığılması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib. Nazir bir sıra hallarda mətbuatın da bu məsələ bağlı doğru informasiya vermədiyini qeyd edib. Nazir şagirdlərin ötən il geydikləri məktəbli formasının bu il yenidən istifadə olunmasında da problem olmadığını bildirib: “Bu o demək deyil ki, biz öz siyasətimizdən geri çəkiləcəyik, bu il də həmin siyasət həyata keçiriləcək, yəni məktəblilər məktəbə məktəbli forması ilə gələcəklər. Amma məktəb və məktəbin direktoru bu işdən uzaq durmalıdır. Yəni heç bir məktəbin direktorunun haqqı yoxdur ki, məktəbdə forma satsın, forma almaq üçün kimdənsə pul tələb eləsin. Məktəbin vəzifəsi ondan ibarətdir ki, məktəbin və yaxud da rayonun formasını müəyyənləşdirsin. Onun alınması, hazırlanması məsələsini isə valideyn özü həll eləməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR