Bank Of Baku

Almaniyanın Azərbaycandakı səfiri səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb

Almaniyanın Azərbaycandakı səfiri səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb
# 20 avqust 2009 10:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pyer Stankina ilə görüş keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib. O.Şirəliyev səhiyyə və tibb elmi sahəsində Almaniya ilə nümunəvi əlaqələrin olduğunu və konkret olaraq əczaçılıq, tibbi texnologiyalar və tibbi təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etməsini qeyd edib. Nazir səfirə cari il üçün onlarla azərbaycanlı müdavimin Almaniyada təcrübi kurslara göndərilməsi haqqında Almaniyanın universitet klinikaları və səhiyyə qurumları ilə əlaqələrin inkişafı haqqında məlumat verib.
P.Stankina öz növbəsində Azərbaycanda səhiyyə və sosial sferada geniş miqyaslı islahatların aparılmasından, həyata keçən proqram və layihələrdə alman şirkətləri və qurumlarının iştirakı haqqında danışıb. Səfir bu yaxınlarda Azərbaycana səfər etmiş Baden Vittenberq federal torpağının baş naziri Günter Oetingerin səfər etdiyini, səfər zamanı Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında təkliflər verdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR