Bank Of Baku

Moskvada “İnsan ticarəti ilə mübarizədə beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi” mövzusunda elmi-praktik konfrans keçiriləcək

Moskvada “İnsan ticarəti ilə mübarizədə beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi” mövzusunda elmi-praktik konfrans keçiriləcək
# 20 avqust 2009 11:08 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Sentyabrın 29-30-da Moskvada “İnsan ticarəti ilə mübarizədə beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi” mövzusunda elmi-praktik konfrans keçiriləcək. APA-nın məlumatına görə, konfransın təşkilatçıları MDB İcraiyyə Komitəsi və Miqrasiya üzrə Beynəlxalq Təşkilatın Moskva bürosudur.
Konfransın işində MDB dövlətlərinin hüquq-mühafizə orqanlarının, Avropa Birliyinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatına görə, konfrans MDB ölkələrinin 2007-2010-cu illər üçün insan ticarəti ilə mübarizə üzrə Əməkdaşlıq Proqramı çərçivəsində keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR