Bank Of Baku

Həftə sonu Azərbaycanda havanın hərarəti aşağı düşəcək

Həftə sonu Azərbaycanda havanın hərarəti aşağı düşəcək
# 20 avqust 2009 11:14 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, avqustun 21-də gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi 10-15 m/s, gündüz arabir 18-23 m/s olacaq. Havanın temperaturu gecə 21-23 dərəcə, gündüz 25-29 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə olacaq. Rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında yağıntıların bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 27-31 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 14-19 dərəcə olacaq.

Avqustun 22-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi 9-14 m/s, gecə və səhər arabir 16-20 m/s, havanın temperaturu gejə 18-20 dərəcə, gündüz 20-24 dərəcə olacaq.

Avqustun 23-də isə arabir yağış yağacağı, şimal küləyinin 9-14 m/s, gündüz arabir 16-20 m/s, havanın temperaturunun gecə 17-19 dərəcə, gündüz 20-23 dərəcə olacağı gözlənilir.

Avqustun 22 və 23-də bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 12-15 dərəcə təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR