Bank Of Baku

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə qəbul prosesi elan olunub

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə qəbul prosesi elan olunub
# 21 avqust 2009 11:35 (UTC +04:00)
Bakı – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə qəbul prosesi elan olunub. BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, 2009-2010-cu tədris ilində paytaxtın ümumtəhsil məktəblərində 360 müəllim yeri vakantdır.
O cümlədən ibtidai sinif müəllimi ixtisası üzrə 29, Azərbaycan dili və ədəbiyyatı 20, riyaziyyat 22, informatika 76, fizika 10, kimya 7, biologiya 11, tarix 20, coğrafiya 16, rus dili və ədəbiyyat müəllimi 2, ingilis dili 33, fransız dili 1, fiziki tərbiyə 65, gənclərin çağırışa qədərki hazırlığı üzrə 21, əmək 7, musiqi və nəğmə 12, təsviri incəsənət, rəsmxət üzrə 8 yer ayrılıb. İdarənin yaydığı məlumata görə, boş qalan müəllim yerləri əsasən Əzizbəyov, Sabunçu, Suraxanı, Qaradağ, Binəqədi rayonlarını əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR