Bank Of Baku

Azərbaycanda şənbə və bazar günləri qeyri-sabit hava şəraiti olacaq

Azərbaycanda şənbə və bazar günləri qeyri-sabit hava şəraiti olacaq
# 22 avqust 2009 10:16 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, bununla əlaqədar olaraq qarşıdakı bir neçə gün də ölkədə qeyri-sabit hava şəraiti olacaq.

G. Məmmədovanın sözlərinə görə, gecə və səhər saatlarında yağış yağacağı istisna olunmur. Bu gün gecə saatlarında temperatur 27-28 dərəcə, sabah gecə isə 23-25 dərəcə olacaq. G. Məmmədova temperaturun enməsinin avqustun 24-nə kimi davam edəcəyini qeyd edib: “Belə hava şəraiti avqust ayı üçün xarakterik deyil və son illərdə avqustda belə hava şəraiti müşahidə olunmayıb. Avqustun 24-dək bölgələrdə şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə - əsasən də qərb rayonlarında yağışlar lokal leysan xarakteri alacaq. Rayonlarda temperatur 7-9 dərəcə enəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR