Bank Of Baku

Həftənin ilk yarısında Azərbaycanda havalar qeyri-sabit keçəcək

Həftənin ilk yarısında Azərbaycanda havalar qeyri-sabit keçəcək
# 24 avqust 2009 08:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu olacaq, şimal küləyi əsəcək və arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, axşam şimal küləyi mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Gündüz saatlarında temperaturun 21-24 dərəcə arasında dəyişəcəyi gözlənilir.

Avqustun 25-i və 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub küləyi əsasən, arabir güclənəcək, gündüz saatlarında temperatur 23-27 dərəcə arasında dəyişəcək.

Azərbaycanın bölgələrində isə avqustun 25-26-da yağmursuz hava şəraiti gözlənilir. Lakin 26 və 27-də gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Mərkəzi Aran rayonlarında temperatur gündüz saatlarında 23-31 dərəcə arasında, dağlarda isə 16-21 dərəcə təşkil edəcək.

G. Məmmədova bildirib ki, Abşeron rayonunda atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi metohəssas insanlarda narahatlıq hissi yarada bilər: “Lakin sonrakı iki gün ərzində - avqustun 26 və 27-si isə mülayim hava şəraiti metohəssas insanlar üçün əlverişli sayılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR