Bank Of Baku

Bakıda Avropa Şurasının Gənclərlə iş üzrə daimi Komitəsinin yay məktəbi keçiriləcək

Bakıda Avropa Şurasının Gənclərlə iş üzrə daimi Komitəsinin yay məktəbi keçiriləcək
# 24 avqust 2009 10:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakıda Avropa Şurasının Gənclərlə iş üzrə daimi Komitəsinin yay məktəbi keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, avqustun 25-29-da keçiriləcək yay məktəbinin məqsədi Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirmək, gənclərlə iş sahəsində Avropa Birliyinin 2020-ci ilə qədər olan strategiyasını nəzərdən keçirmək, Avropa Şurasının və Avropa Komissiyasının gənclərlə iş sahəsində həyata keçirdiyi fəaliyyətləri və gənclər siyasətinin təsir mexanizmlərini müzakirə etməkdən ibarətdir. Yay Məktəbində Avropa Şurasının Gənclər və İdman Direktorluğunun katibliyinin rəhbər işçiləri, bir sıra ölkələrin gənclərlə iş sahəsində çalışan nazirliklərinin yüksək vəzifəli məmurları və Avropanın ən böyük gənclər təşkilatlarının rəhbərləri iştirak edəcəklər. Burada Avropa Şurasının üzv ölkələrində həyata keçirilən gənclər siyasəti haqqında məlumat veriləcək, Avropa Birliyinin 2020-ci ilə qədər olan strategiyasının təqdimatı keçiriləcək və bu strategiyanın milli səviyyədə icra olunmasının mexanizmlərinə dair debatlar təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR