Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqin nəticələrini açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqin nəticələrini açıqlayıb
# 25 avqust 2009 07:06 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqustun II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun II ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının I ongünlüyünə nisbətən 33 m3/san azalaraq 218 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, çirklənməyə məruz qalan Kür çayı və onun qolları Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-dan artıq müşahidə edilib. Belə ki, Şıxlı-2 və Ağstafaçay məntəqələrində fenollar 3 dəfə, mis birləşmələri isə 4 dəfə yol verilən qatılıq həddini keçib. Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri 4 dəfə (YVQH) keçib.
Avqust ayının II ongünlüyündə Araz çayında suyun sərfi 81 m3/san olub. Aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində mis birləşmələri və fenollar 3 dəfə, I Şahsevən məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 3, fenollar isə 2 dəfə yol verilən qatılıq həddini keçib. Bəhramtəpə məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 4.55-6.74 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR