Bank Of Baku

Bakıda MDB-nin Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək

Bakıda MDB-nin Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək
# 25 avqust 2009 07:32 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Cari ilin oktyabr ayının 2-də Bakıda MDB-nin Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının keyfiyyətə nəzarət texniki komitəsinin iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

İclasda şuraya üzv olan ölkələrin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər. Toplantıda keyfiyyət problemləri ilə bağlı məsələlərlə yanaşı yeni standartların qəbul edilməsi də müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR