Bank Of Baku

Bu tədris ilində Azərbaycanın ümumtəhsil məktəbləri üçün 87 adda dərslik və metodik vəsait çap olunub

Bu tədris ilində Azərbaycanın ümumtəhsil məktəbləri üçün 87 adda dərslik və metodik vəsait çap olunub
# 25 avqust 2009 09:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. 2009-2010-cu tədris ilinə Azərbaycanın ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün Azərbaycan və rus dillərində 87 adda 4 milyon 256 min 600 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı APA-ya açıqlamasında bildirib ki, bu siyahıya II siniflər üçün kurikkulum əsasında 40 adda 1 milyon 112 min 500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün isə 47 adda 3 milyon 144 min 100 nüsxə dərslik daxildir.

F. Şahbazlı qeyd edib ki, prosedur qaydalara uyğun olaraq Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra keçid balını toplayan dərslik komplektləri çapa verilib: “V-XI sinif dərsliklərini biz artıq yerlərə çatdırmışıq. Amma 2 sinif dərslik və müəllim üçün vəsaitlərin yerlərə paylanmasına indi başlanılıb və yaxın 2 həftə müddətində bunu başa çatdıracağıq”.

F. Şahbazlı xarici ölkələrdə yaşayan azərbaycanlılara – Gürcüstan, Dağıstan, Qırğızıstan, Qazaxıstan və Özbəkistana və digər dövlətlərə də dərsliklər göndəriləcəyini qeyd edib.

Şöbə müdiri artıq Azərbaycanda pirat kitabların çap olunmasının aradan qaldırıldığını da vurğulayıb. Onun sözlərinə görə, artıq lazım olan qədər kitab çap olunduğu üçün artıq piratçılığa ehtiyac qalmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR