Bank Of Baku

Gəncədə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərlə görüş keçirilib - FOTO

Gəncədə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərlə görüş keçirilib - <font color=red>FOTO</font>
# 25 avqust 2009 12:02 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Gəncədə bu şəhərin təhsil müəssisələrini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə görüş keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, Gəncə Dövlət Universitetinin akt zalında keçirilən görüşdə Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Akif Ələkbərov, şəhər təhsil idarəsinin müdiri Mahal Əliyev, Gəncədə fəaliyyət göstərən ali və orta məktəblərin rəhbərləri, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin valideynləri iştirak ediblər. Gəncə şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, bu il Gəncə şəhəri üzrə 700 abituriyent tələbə adi qazanıb. Onlardan 132-si 500-600 arası, 23 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Ən yüksək bal toplayan abituriyent isə 10 saylı məktəbin məzunu Hüseyn Allahverdiyevdir. O, 670 balla Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə qəbul olunub. Bu siyahıda növbəti yerləri 665 balla Qafqaz Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olan Səbuhi Xəlili və 662 balla Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə daxil olan Röyal İbrahimov tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR