Bank Of Baku

Şərurda birinci sinif müəllimləri üçün treninq keçirilib

Şərurda birinci sinif müəllimləri üçün treninq keçirilib
# 25 avqust 2009 13:27 (UTC +04:00)
Şərur-APA. Şərur rayon Təhsil Şöbəsində 2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin birinci siniflərinə dərs deyəcək müəllimlər üçün treninq keçirilib. APA-nın Naxçıvan bürosuna Şərur rayon Təhsil Şöbəsindən verilən məlumata görə, treninqin keçirilməsində əsas məqsəd müəllimlərə yeni fənn kurrikulumlarının öyrədilməsidir. 82 sinif müəlliminin iştirak etdiyi treninqdə Azərbaycan Təhsil Problemləri İnstitutunun şöbə müdirləri, pedaqoji elmləri namizədləri Bibixanım İbadova və Piralı Əliyev mühazirələr oxuyublar və yeni üslubun məqsəd və mahiyyəti barədə müəllimləri məlumatlandırıblar. Sonda yeni təlim metodlarından bəhs edən filmlər nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR