Bank Of Baku

Şəmsəddin Hacıyev: “Azərbaycanın təhsil sistemində Bolonya prosesinə keçidlə bağlı bütün məsələlər gələn ilə kimi yerinə yetirilməlidir”

Şəmsəddin Hacıyev: “Azərbaycanın təhsil sistemində Bolonya prosesinə keçidlə bağlı bütün məsələlər gələn ilə kimi yerinə yetirilməlidir”
# 26 avqust 2009 11:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “2010-cu ilə qədər Azərbaycanın təhsil sistemində Bolonya prosesinə keçidlə bağlı bütün məsələlər yerinə yetirilməlidir”. APA-nın məlumatına görə, bunu Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. Onun sözlərinə görə, rəsmi olaraq Bolonya prosesinə keçidlə bağlı 2005-ci ildə Azərbaycanın təmsilçisi olaraq Təhsil Nazirliyi konvensiyaya imza atıb və öz üzərinə öhdəliklər götürüb. Millət vəkili prosesdən irəli gələn bir sıra məsələlərin qaldığını və bu istiqamətdə birinci addımın kredit sistemi olduğunu qeyd edib: “Azərbaycan Dövlət İqtisad Universitetində bu sistemə keçid 2000-ci ildən başlanıb. Hazırda isə bütün ali məktəblərdə kredit sisteminin tətbiq olunması prosesi gedir. Bu da tələbə-müəllim münasibətlərində qeyri-obyektivliyi aradan qaldırır. Ona görə də tələbənin bir yolu var – oxumaq və layiqli qiymətini almaq. Müəllimin də üzərinə düşən yeganə vəzifə keyfiyyətli dərs keçməkdir. Həmçinin, bu prosesdə tələbələr ixtisas seçməkdə sərbəstdirlər”.

Ş. Hacıyev Təhsil Məcəlləsinin qəbulu prosesinin uzun zaman tələb etdiyini bildirib: “Təhsil həssas məsələdir və cəmiyyətin bütün üzvlərinin həyatına birbaşa təsir edir. Təbii ki, gələcək inkişafımız, gənc nəslin tərbiyəsi, onlara müvafiq biliklərin verilməsi, mütəxəssis kimi formalaşması təhsillə bağlı məsələlərdir. Təhsilin bir yox, bütün sahələrini təkmilləşdirmək, bu məsələyə vahid konsepsiya üzrə sistemli yanaşmaq lazımdır. Ona görə də hələlik qanun layihələrini hazırlamaqda davam edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR