Bank Of Baku

Moskvada MDB üzrə sağlamlıq imkanları məhdud olan gənclərin I Beynəlxalq Xalq Yaradıcılığı Festivalı keçirilib

Moskvada MDB üzrə sağlamlıq imkanları məhdud olan gənclərin I Beynəlxalq Xalq Yaradıcılığı Festivalı keçirilib
# 26 avqust 2009 14:37 (UTC +04:00)
Bakı – APA. Avqustun 20-23-də Moskva şəhərində MDB-yə üzv dövlətlərin 2009-cu il “Gənclər ili” çərçivəsində sağlamlıq imkanları məhdud olan gənclərin I Beynəlxalq Xalq Yaradıcılığı Festivalı keçirilib. APA-nın məlumatına görə, tədbirin təşkilatçısı Rusiya Federasiyasının İdman, Turizm və Gənclər Siyasəti Nazirliyi və Moskva Dövlət Sosial-Humanitar İnstitutu olub.
Festivalın keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan gənclər arasında yeni istedadların aşkar edilməsi, onların bacarıqlarının üzə çıxarılması və yaradıcılıqlarının inkişaf etdirilməsinə şərait yaradılması, onların cəmiyyətə inteqrasiyası, fiziki qüsurlu gənclər arasında ünsiyyət və dostluq əlaqələrinin qurulması, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərlə işləyən dövlət və ictimai təşkilatların fəaliyyətlərinin aktivləşdirilməsi, onlar arasında təcrübə mübadiləsinin aparılması olub.
“Biz var idik, varıq və bir yerdə olacağıq” və “Sərhədsiz imkanlar” devizləri altında keçirilən festivala 100-dən çox gənc qatılıb. Onlar rəqs, vokal və jestlərlə ifa, instrumental ifa, aktyorluq məharəti və bədii qiraət, dekorativ-tətbiqi və xalq yaradıcılığı - rəngkarlıq, qrafika, foto nominasiyaları üzrə yarışıblar.
Azərbaycan festivalda 7 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub. Dekorativ-tətbiqi sənət nominasiyası üzrə çıxış edən Murad Alxasov I yer – Qran-pri mükafatı, Təhminə Həsənova II yer - Laureat mükafatı, Könül İsmayılova xüsusi mükafat, xalq yaradıcılığı-rəngkarlıq nominasiyasında Aysel Əmirova II yer - Laureat mükafatı, rəqs müsabiqəsində Təhminə Həsənova I yer - Qran-Pri mükafatı, vokal nominasiyası üzrə çıxış edən Xalid Hüseynov II yer - Laureat mükafatı, instrumental ifa nominasiyasında isə Pərvin İsmayılov II yer - Laureat mükafatına layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR