Bank Of Baku

Göyçayda əmək yarmarkası keçirilib

Göyçayda əmək yarmarkası keçirilib
# 26 avqust 2009 16:52 (UTC +04:00)
Göyçay-APA. Göyçay rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, yarmarkada iştirak edən vətəndaşlara 19 idarə, müəssisə və təşkilat tərəfindən 143 boş iş yeri təqdim olunub. İş yerlərindən 94-ü dövlət, 49-u özəl təşkilatların payına düşür. Boş iş yerlərinə görə 100-300 manat məbləğində əmək haqqı təklif olunub. Yarmarkada iştirak edən vətəndaşlardan 50 nəfər öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb. Qeyd edək ki, bu ilin 7 ayı ərzində Göyçay rayon Məşğulluq Mərkəzi tərəfindən 114 nəfər münasib işlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR