Bank Of Baku

Şirvan şəhərində iki gündür su qıtlığı yaranıb

Şirvan şəhərində iki gündür su qıtlığı yaranıb
# 27 avqust 2009 07:36 (UTC +04:00)
Şirvan. Әlibәy Zeynallı - APA. Şirvan şəhərində iki gündür su qıtlığı yaranıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna məlumat verən Şirvan şəhər sakinləri bildiriblər ki, su-kanalizasiya idarəsində əhalinin zənglərinə cavab verilmir. Üstəlik, onlardan 15 gün ərzində verilən bulanıq suyun əvəzində 1 aylıq saf suyun dəyəri tələb olunur.
Sakinlərin bir qismi pulu tam, bir qismi sayğacla, bir qisim də verilən suya görə ödəyir. Bu isə Şirvan su kanalizasiya idarəsini qane etmir. Ötən gün gecə yarısından keçmiş şəhərin bir hissəsinə bir saat duruldulmamış su verilib.
Şirvan su kanalizasiya idarəsinin müdiri Xaləddin Şahbazov bildirib ki, hazırda müəssisənin suyu gün ərzində saflaşdırıb əhaliyə çatdırmaq imkanları məhduddur və əhalidən yığılan pulun həcmi idarənin məsrəflərini ödəmir. Ona görə də suyun əhaliyə verilməsində fasilələr yaranır: “Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan hökuməti arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsinə dair Kredit Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsi artıq Milli Məclis tərəfindən qəbul edilib. Sənədə əsasən, respublikanın 10 kiçik şəhərinin, o cümlədən də Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri tamamilə yenidən qurulacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR