Bank Of Baku

Azərbaycanda qeyri-sabit hava şəraiti həftə sonuna kimi davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti həftə sonuna kimi davam edəcək
# 27 avqust 2009 08:02 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova verib. Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, fasilələrlə yağış yağacaq, şimal küləyi əsəcək və arabir güclənəcək. Temperatur 25-27 dərəcə olacaq.

Avqustun 28, 29 və 30-da isə dəyişkən buludlu hava şəraiti hökm sürəcək, havaların əsasən yağmursuz keçəcəyi gözlənilir. Avqustun 28-də şimal küləyi, 29-30-da isə cənub küləyi üstünlük təşkil edəcək. Temperatur 28-30 dərəcəyədək yüksələcək.

Bölgələrdə isə bu gün gecə və axşam saatlarında bəzi yerlərlə şimşək çaxacağı, yağış yağacağı gözlənilir, qərb küləyi üstünlük təşkil edəcək. Mərkəzi Aran rayonlarında temperatur 25-29, gecə isə 19-24 dərəcə təşkil edəcək. Avqustun 29-da və 30-da rayonlarda yağmursuz hava şəraiti olacaq, dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

G. Məmmədova bildirib ki, hava şəraiti yaxın 3 gün ərzində metohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR