Bank Of Baku

Son bir ildə Sumqayıtda işaxtaranların sayı 26% azalıb

Son bir ildə Sumqayıtda işaxtaranların sayı 26% azalıb
# 27 avqust 2009 10:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sumqayıt şəhəri üzrə işaxtaranların ümumi sayı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 629 nəfər azalıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra HakimiyyətiNDƏN məlumat verilib.

Sumqayıt şəhər Məşğulluq Mərkəzinin hesablamalarına əsasən, 2009-cu ilin iyul ayının 1-nə şəhər üzrə 13 494 nəfər işaxtaran qeydiyyatda olub və onlardan 708 nəfərinin işsiz statusu var.

Cari ilin 7 ayı ərzində 1 852 nəfər işaxtaran kimi qeydiyyata alınıb, 588 nəfər işlə təmin edilib, 275 nəfər işaxtaran müxtəlif peşə kurslarına və 104 nəfər ictimai işlərə cəlb olunub. Müvəqqəti işaxtaran vətəndaşların məşğulluğunu qismən təmin etmək məqsədilə Əmək Birjasında cari ilin 7 ayı ərzində 561 nəfərin müraciətinə baxılıb və 385 nəfər müvəqqəti işlərə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR