Bank Of Baku

Gəncədə Qarabağ münaqişəsinin itkinləri anılıb

Gəncədə Qarabağ münaqişəsinin itkinləri anılıb
# 27 avqust 2009 10:25 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar – APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Qızıl Aypara Cəmiyyətinin (BAC) nümayəndələri 31 avqust - İtkin Düşmüşlərin Beynəlxalq Anım günü münasibətilə dünən Gəncədə itkinlərin ailə üzvləri ilə görüşüblər. APA-nın qərb bürosunun məlumatına görə, 27 saylı orta məktəbin həyətində təşkil olunmuş tədbirə 300-dək itkinin yaxınları qatılıb.
Onlar itkinləri ilə bağlı məlumatları burada quraşdırılmış kompüterlərin yaddaşına daxil etmək imkanı əldə ediblər. Tədbirdə itkinlərə aid əşyalar, foto-şəkillər, onların məktubları və digər əlyazmaları sərgilənib.
Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional Mərkəzinin koordinatoru İsmayıl Əsədov APA-ya bildirib ki, qərb bölgəsi üzrə 600-ə yaxın itkin var və bunların təxminən 300-ü barədə məlumat toplanılıb. BQXK nümayəndəsi Oreli Dö Qorostarzu yaxın zamanlarda itkinlər haqda toplanmış məlumatlardan ibarət xatirə kitabının çap olunacağını bildirib.
1992-ci ildən Azərbaycanda Əsir, Girov və İtkinlərin İşi üzrə Dövlət Komissiyası ilə əməkdaşlıq edən BQXK Qarabağ münaqişəsində hər iki tərəfdən itkin düşmüş 4500 nəfəri qeydə alıb. Bunların 3500-dən çoxu azərbaycanlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR