Bank Of Baku

Bu il yay mövsümündə Bakıda kütləvi zəhərlənmə faktı qeydə alınmayıb

Bu il yay mövsümündə Bakıda kütləvi zəhərlənmə faktı qeydə alınmayıb
# 27 avqust 2009 10:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu il yay mövsümündə Azərbaycan paytaxtında kütləvi zəhərlənmə halı qeydə alınmayıb. Bu barədə APA-ya Bakı Şəhəri Mərkəzi Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib. Onun sözlərinə görə, hər il yay mövsümündə müxtəlif ərzaq və tərəvəzlərdən, xüsusilə qarpızdan kütləvi zəhərlənmə halı baş versə də, bu il belə bir fakt olmayıb: “Amma tək-tək zəhərlənmə halları olur və bu diqqəti o qədər də cəlb etmir. Çünki belə hallar yay fəsli ilə bağlı deyil, qışda da belə faktlar baş verir”.

R. Nağıyev onu da qeyd edib ki, bu il çimərlik mövsümündə paytaxtda yerləşən çimərliklərlə 44 boğulma hadisəsi qeydə alınıb. Onlardan 19-u ölümlə nəticələnib. 13 nəfər isə xəstəxanalara yerləşdirilərək müalicə olunublar. Digər 12 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR