Bank Of Baku

Azərbaycanda ilk dəfə olaraq Oğuz rayonunda Gənclərin 1-ci Foto və Sənət düşərgəsi keçirilir

Azərbaycanda ilk dəfə olaraq Oğuz rayonunda Gənclərin 1-ci Foto və Sənət düşərgəsi keçirilir
# 27 avqust 2009 11:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanda ilk dəfə olaraq Oğuz rayonunda Gənclərin 1-ci Foto və Sənət düşərgəsi keçirilir. “İRƏLİ” İctimai Birliyi və “iStudio” bədii foto məktəbinin təşkilatçılığı ilə artıq start götürən layihə avqustun 29-na kimi davam edəcək. “İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşərgənin açılış mərasimi uğurla baş tutub. Düşərgənin keçirilməsində məqsəd sənət yönümlü kreativ gənclərə peşəkar təlimçilər tərəfindən təlimlərin keçirilməsi, gəncləri maraqlandıran layihələrin müəyyən olunaraq onların dəstəklənməsi üçün mexanizmlərin araşdırılması, kreativ gənclərin şəbəkəsinin yaradılması yolu ilə gələcəkdə sənət yönümlü layihələrin sayının artırılması, inkişaf edən Azərbaycanda sənət yönümlü kreativ gənclərin kreativ baxışları ilə yeni layihələrin reallaşmasıdır. Tədbirin ilk günü gənclərə “Foto sənətinin tarixi” mövzusunda mühazirə keçirilib, eyni zamanda peşəkar fotoqrafın riayət etməli olduğu texniki biliklər aşılanıb. Daha sonra gənclər qruplara bölünərək interaktiv təlimlərdə iştirak ediblər. Foto təlimlərini İsa Aydın, Günel İsmayılova, Türkan Hüseynova və Aytən Məmmədova tədris edir. Layihədə foto sənəti, rəssamlıq, musiqişünas, sənətşünas, teatr, kino və başqa sənət sahələrini təmsil edən istedadlı gənclər iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR