Bank Of Baku

Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri bazasında bütün şagird və müəllimlər haqda məlumat yerləşdirilib

Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri bazasında bütün şagird və müəllimlər haqda məlumat yerləşdirilib
# 27 avqust 2009 13:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) bazasında 1 milyon 400 mindən çox şagird, 200 mindən çox müəllim və digər işçilər haqqında məlumat toplanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bazaya məlumatların daxil olunması məktəblərin özləri tərəfindən aparılıb və həmin məlumatlar dərs ili ərzində daim yenilənib.
Ötən dərs ilində buraxılış sinifləri üçün sınaq və yekun imtahanlarının nəticələrinə görə şagirdlərə verilən şəhadətnamə, yaxud attestatların nömrələri məlumat bazasına daxil edilib. Görülən işlərin nəticəsi olaraq yeni dərs ilindən statistik hesabatların proqram təminatı tərəfindən formalaşdırılması və həmin hesabatların məlumat bazası şəklində qəbul olunması imkanı yaranıb. Hazırda bazada olan məlumatların yeni dərs ilinə uyğunlaşdırılması (şagirdlərin növbəti sinfə keçirilməsi və 11-ci sinif şagirdlərinin yeni bazadan silinməsi), eləcə də məktəbəqədər tədris müəssisələri və ali məktəblər üçün proqram təminatının hazırlanması üzərində iş aparılır.
Qeyd edək ki, TİMS ötən tədris ilində yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR