“Telefon terroru”: versiyalar və səbəblər - ARAŞDIRMA
APA-nın əməkdaşının hadisə ilə bağlı apardığı təxmini hesablamalar zamanı məlum olub ki, son 8 ay ərzində Azərbaycanda 50-dən artıq belə “bomba xəbəri” yayılıb.
Bu telefon zəngləri nəticəsində Azərbaycandakı bank, dövlət müəssisəsi, bazar, metro, restoran və s ağıla gələ biləcək bütün kütləvi və diqqət çəkən ictimai yerlərdə bomba axtarılıb.
Bu “zarafatı” etmək istəyənlər arasında 8 yaşlı məktəblidən tutmuş 70 yaşlı ruhi xəstəyə, polisin sayıqlığını yoxlamaq istəyəndən həyat yoldaşına hirslənənə qədər ən müxtəlif yaş təbəqəsini əhatə edən və müxtəlif səbəbləri olan adamlar olub.
Bütün bunlar təbii ki, rəsmi qurumların mətbuat xidmətlərinin və ya səlahiyyətli şəxslərinin açıqlaması nəticəsində bildiklərimizdir. Amma həqiqətdə isə cəmiyyətdə yoluxucu xəstəliyə çevrilən bu “bomba zarafatı”nın artıq ciddiləşdiyi, hətta ölkənin regionlarından da gəlməyə başladığı görünməkdədir. Artıq Gəncə, Sumqayıt və Lənkəranda da məşhur və əhalinin gur olduğu yerlərə “bomba qoyulmasına” başlanılıb...
Versiyalar...
“Bomba xəbərləri”nin necə yayılması, bu istiqamətdəki “təxəyyülün” durmadan güclənməsi bu xəbərlərin bilərəkdən idarə olunması ilə bağlı təsəvvürlər yaradır.
Dolaşan versiyalardan biri bu “bomba xəbərləri”nin hüquq-mühafizə orqanlarının keçirdikləri yoxlama xarakterli təlimlər silsiləsinə aid olması ilə bağlıdır. Amma bu “telefon terroru” ilə bağlı o qədər də paralq versiya kimi görünmür. Lakin hüquqşünas Aslan İsmayılovun fikrincə, hüquq-mühafizə orqanlarının belə təlimlər həyata keçirmələri istisna deyil və hətta təbiidir: “Anonim zənglərin təlim xarakterli olması mümkündür. Hətta bu, ölkənin hüquq-mühafizə orqanları üçün çox vacibdir. Bu təlimlər onların hazırlıqlılığını göstərir. Ola bilər ki, bununla onlar hər hansı bir təhlükənin qarşısını almaq məqsədi ilə hazırlıq görsünlər”.
Versiyalardan biri isə “bomba xəbərləri”nin yayılması ilə hansısa qrupların cəmiyyəti daim gərginlikdə və qorxu altında saxlaması ilə bağlıdır. Respublika Baş Prokurorluğunun sabiq əməkdaşı, Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin prezidenti, hüquqşünas Vidadi İskəndərov deyir ki, yayılan “bomba xəbərləri” vətəndaşları qorxu içərisində saxlayır: “ Əgər vətəndaş qorxu içində yaşayırsa, onun dövlətə və dövlətin siyasətinə inamı itir. Hesab edirəm ki, bu kimi hallarla bağlı hüquq-mühafizə orqanları ciddi tədbirlər görməlidir. Hadisənin iştirakçıları məsuliyyətə cəlb edilərək, kökü müəyyən edilməlidir”.
“Bomba xəbərləri”nin yayılması ilə bağlı xüsusən tənqidçi mətbuatda dəbdə olan versiyalardan biri isə bu xəbərlərlə bağlı telefon zənglərinin bir növ etiraz aksiyası kimi həyata keçirilməsidir. Nəzərə alsaq ki, zəng edənlər arasında ən müxtəlif təbəqəni və yaşı təmsil edənlər var, bu o qədər də real görünmür. Məsələn, anasının telefonu ilə polisə zəng edən 8 yaşlı uşağın nəyə etiraz etdiyini anlamaq bir az çətindir. Amma Azərbaycan Psixiatorlar Cəmiyyətinin prezidenti, psixoloq Nadir İsmayılovun bu versiyanın tamamilə gözardı edilməməsinə əsas verən şərhi var. Psixoloq deyir ki, son zamanlar əsəblərində problemlər olan şəxslərin sayı artmaqdadır. N. İsmayılov bunu cəmiyyətin mürəkkəb bir dövr yaşaması ilə izah edib: “Bu gün insanlar mürəkkəb bir dövr yaşayır. Bu mürəkkəblik bəzi adamlar üçün iqtisadi çətinlik, bəziləri üçün isə hansısa haqların pozulmasındadır. Bu kimi hallardan stresə düşən şəxslər qeyri-adi hallara əl ataraq daxillərindəki mənfi enerjini çıxarmağa çalışırlar”.
“Bomba xəbərləri” ilə bağlı növbəti və daha güclü görünən versiya isə cəmiyyətin və hüquq-mühafizə orqanlarının bu xəbərlərə öyrəşdirilərək, “keyidilməsi” və günün birində gerçək bomba partlayışı törədilməsinə nail olmaqdır. Hüquqşünas Vidadi İskəndərov bu xəbərlərin hansısa bir düşmən qüvvə tərəfindən törədilə biləcəyini istisna etmir: “Terror aktı birbaşa dövlətin siyasətini sarsıdan cinayət hadisəsidir” deyən hüquqşünas bildirir ki, yalançı bomba xəbərlərinin ağır sonluqlarla nəticələnə bilər: “Ardıcıl olaraq yalan məlumatların sonu pis nəticə verir. Buna dünyanın bir çox ölkələrində, həmçinin 90-cı illərdə Azərbaycanda baş vermiş terror hadisəsini misal çəkmək olar. Adətən belə olan halda bir neçə dəfələrlə yalan məlumat verməklə əhalidə psixoloji hazırlıq yaradırlar. Sonra isə heç kimin gözləmədiyi anda terror törədilir. Ona görə, mən bir daha qeyd edirəm ki, bu, çox həssas məsələdir və bununla ciddi məşğul olmaq lazımdır”.
Hər anonim zəngə qarşı olduqca diqqətli yanaşmaq və hər zəngi real bir təhlükə kimi qəbul etmək lazımdır deyən Aslan İsmayılov isə “bomba xəbərləri”nin yayılmasının psixoloji hazırlıq məqsədi ilə edildiyini istisna etməyib: “Azərbaycanı istəməyən, ona düşmən olan qüvvələr var. Onlar bu cür yollarla hüquq-mühafizə orqanlarında arxayınçılıq yaratmaqla niyyətlərinə nail olmaq istəyə bilərlər. Çoxları elə düşünür ki, üçüncü dünya müharibəsi nə vaxtsa başlaya bilər. Mən isə hesab edirəm ki, üçüncü dünya müharibəsi artıq başlayıb və o bu gün də davam edir. Dünyanın bir çox ölkələrində törədilən terror hadisələri buna deməyə əsas verir. Onu da qeyd etməliyəm ki, Azərbaycan bu təhlükələrə hazır olmalıdır. Ölkənin istənilən şəhərində, insanların kütləvi toplaşdığı yerlərdə təhlükəsizlik təmin olunmalıdır”.
Səbəbləri
Hansısa məşhur obyektə bomba qoyulması barədə zəng edənlərin bir neçəsi artıq həbs edilib. Adamlar bununla bağlı ən müxtəlif səbəblər göstəriblər. V. İskəndərov deyir ki, bu xəbərlər qəsdən törədilmiş və dövləti cinayətlərə aid edilir: “Bu kimi naqativ halların baş verməsi birincisi növbədə qanunu bilməməzlikdən irəli gəlir. Lakin bu o demək deyil ki, hər hansı bir şəxs cinayəti bilməyərəkdən törətdikdə o, məsuliyyətdən yaxa qurtarır”.
“Bomba xəbəri” verənlərin əksəri isə aşkar edildikdən sonra hüquq-mühafizə orqanları tərəfindən onların ruhi xəstə olmaları barədə rəsmi məlumat verilib. Hüquq-mühafizə orqanlarından bildirilənə görə, belə halda saxlanılan şəxs məhkəməyə sövq edilir. Məhkəmə isə adətən bu şəxsin Ruhi-Əsəb Dispanserində müalicə kursu keçməsi ilə bağlı qərar çıxarır və şəxs birbaşa xəstəxanaya yerləşdirilir. Psixoloq Nadir İsmayılova görə isə yalan məlumat verən şəxslərin əksəriyyətinin ruhi xəstə olması fikri qəbuledilməzdir. Adətən bu kimi halları törədən şəxslərin psixi cəhətdən problemlərinin olduğunu vurğulayan N. İsmayılov onları birmənalı olaraq ruhi xəstə kimi qələmə verməyin yolverilməz olduğunu söyləyib: “Onlar sərhədyanı psixi problemləri olan şəxslərdir. Həmin şəxslər nə tam sağlam, nədə ki tam xəstə olur. Onların xasiyyəti eybəcər olur. Həmin şəxsləri bir mənalı olaraq ruhi xəstə kimi qələmə vermək olmaz ”.
N. İsmayılov terror barədə yalan məlumat yaymaqla məşğul olan həmin şəxslərin həbs edilməsinin qanuna zidd olduğunu, lakin onların mütləq psixi ekspertizadan keçirilməsinin zəruriliyini qeyd edib.
Nə etməli?
“Telefon terror”unun qarşısının alınmasını isə yəqin ki, hər kəs istəyir. Çünki bu xəbərlər insanları istər-istəməz ictimai yerlərdən çəkindirir, qorxu içində saxlayır, hər dəfə xəbər yayıldığı zaman obyektlərdən insanların evakuasiya edilməsi, işin dayandırılması dövlətə və ayrı-ayrı sahibkarlara xeyli miqdarda ziyan vurur, inamı sarsıdır.
Hüquqşünas V. İskəndərov çıxış yolunun yalnız əhalinin məlumatlandırılması və maarifləndirilməsində olduğunu deyir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları əsla bu məlumatları cəmiyyətdən gizlətməməlidirlər: “Belə halları mətbuatda və televiziyada yaymaqla maarifləndirici işlər görülməlidir. Qanuni bilməyən şəxslər isə bu məlumatlardan faydalanmalı və hər bir əməlinə görə məsuliyyət daşıdığını bilməlidir”.
Hüquqşünas Aslan İsmayılov da bu kimi neqativ halların qarşısını almaq üçün maarifləndirmə işlərinin aparılmasını vacib sayır: “Belə halların qarşısını almaq üçün məktəblərdə, universitetlərdə maarifləndirici işlər görmək çox vacibdir. Yalan məlumat verən şəxsləri taparaq cəmiyyətə təqdim etmək, onları utandırmaq lazımdır ki, onlar birdə belə iş tutmasınlar”.
Psixoloq Nadir İsmayılov da məlumatlandırılmanın bu məsələnin qarşısını almaqda əsas rol oynadığını deyib. Psixoloq qeyd edib ki, belə məsələlərlə məşğul olan azyaşlılar xüsusilə həssas olurlar: “Televiziyalarda yayımlanan detektiv filmlər, həmçinin internetdə yayılan informasiyalar onların psixikasına daha tez təsir edir. Ona görə də ilk növbədə televiziyalarda belə hallarla bağlı marifləndirici proqramlar yayımlanmalı, internetdə bu mövzuya uyğun informasiyalar yerləşdirilməlidir”.
Beləliklə, “bomba xəbərləri” ilə bağlı ən müxtəlif versiyalar, ekspert rəyləri mövcuddur. Amma heç nə bu xəbərlərin az qala güclü bir epidemiya kimi artmasının qarşısını ala bilmir. Bu prosesin hansısa gözəgörünməz əl tərəfindən idarə olunmasına dair şübhələr isə günbəgün artmaqdadır...

Sosial
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO