Bank Of Baku

Azərbaycanın Qəbələ rayonunda əmək yarmarkası keçirilib

Azərbaycanın Qəbələ rayonunda əmək yarmarkası keçirilib
# 27 avqust 2009 16:29 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov-APA. Azərbaycanın Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə iş axtaran vətəndaşlar üçün növbəti əmək yarmarkası keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 27-də rayon Mədəniyyət Evində təşkil olunan yarmarkada vətəndaşlara 23 idarə, müəssisə və təşkilat tərəfindən 181 boş iş yeri təqdim olunub.

Tədbirə qatılan 445 nəfər iş axtaran vətəndaşdan 91-i öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş vərəqəsi alıb. İşə göndərilənlərin 60 faizindən çoxu gənclərdir. Onlar əsasən təhsil, səhiyyə, sənaye və istehsal müəssisələrində işlə təmin olunacaq.

Yarmarka 12 nəfəri mikroelektron telefon aparatlarının təmiri kurslarına göndərib. Bundan əlavə rayon məşğulluq mərkəzi cari ilin 7 ayı ərzində 135 nəfəri daimi işlə təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR