Bank Of Baku

Qardabanidə azərbaycanlı məktəb direktoru işdən çıxarılıb

Qardabanidə azərbaycanlı məktəb direktoru işdən çıxarılıb
# 28 avqust 2009 08:59 (UTC +04:00)
Qardabani. Nizami Məmmədzadə-APA. Gürcüstanın Qardabani rayonunun Kosalı kənd orta məktəbinin direktoru vəzifəsindən çıxarılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın təhsil və elm naziri bununla bağlı əmr imzalayıb. Direktoru Qəzənfər Qulamovun vəzifədən çıxarılması əmri məktəb kollektivinə də elan olunub. Kollektiv və kənd camaatı bu əmri narazılıqla qarşılayıb. Məktəbin Qəyyumlar Şurası bununla bağlı Gürcüstan parlamentinə və prezidentə müraciət qəbul edib. Q. Qulamov APA-ya açıqlamasında qeyd edib ki, bu barədə ona nə rayon rəhbərliyi, nə də bölgə qubernatorluğu məlumat verib: “Məni əsassız olaraq azad ediblər".
Dünən Kosalı orta məktəbinin pedaqoji kollektivinin ümumi iclasında təhsil nazirliyinə, parlamentə, prezidentə müraciət olunub. Müraciətdə Q. Qulamovun öz vəzifəsinə bərpa edilməsi xahiş olunub.
Qeyd edək ki, Qəzənfər Qulamov 20 il məktəb direktoru vəzifəsində çalışıb.
Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov APA-ya açıqlamasında Kosalı orta məktəbinin direktorunun işdən çıxarılmasının səbəbinin ona hələ məlum olmadığını bildirib: “Səbəbi araşdırıb, onun işə bərpa olması üçün danışıqlar aparacağam".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR