Bank Of Baku

Cənubi Koreyada təhsil alan azərbaycanlı gənclərin sayı artıb

Cənubi Koreyada təhsil alan azərbaycanlı gənclərin sayı artıb
# 28 avqust 2009 09:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. 2008-ci ildən başlayaraq Azərbaycan və Koreya hökumətlərinin həyata keçirdiyi proqramlar və maliyyə yardımları ilə Koreyada təhsil alan azərbaycanlı gənclərin sayı artıb. Azərbaycan XİN-dən APA-ya verilən məlumata görə, hazırda Cənubi Koreyanın Seul, Busan, Daecon, Daequ, İksan, Çoncu və Quanqcu şəhərlərində yerləşən universitetlərdə Azərbaycanın müxtəlif universitet, dövlət və özəl qurumlarını təmsil edən 50-yə yaxın tələbə, Azərbaycan prezidenti İlham Əliyevin fəxri doktoru olduğu Kyunghee Universitetində isə 14 azərbaycanlı tələbə təhsil alır. 2007-ci ildə Koreyada təhsil alan azərbaycanlı tələbələrin sayı cəmi 7 nəfər idi.

Bununla bərabər Koreyada Azərbaycan dilinin tədrisi də həyata keçirilir. 2008-ci ilin mart ayından etibarən Koreya Xarici Dillər Universitetində (KXDU) fəaliyyət göstərən türk dili fakültəsi çərçivəsində həftədə bir dəfə (2 saat) Azərbaycan dilinin tədrisinə başlanıb. 2008-ci təhsil ili ərzində 25 koreyalı tələbə Azərbaycan dili dərslərində iştirak edib. Ötən ilin sonunda KXDU-da rəsmi olaraq Türk-Azərbaycan dilləri fakültəsinin yaradılması haqqında qərar qəbul olunub və 2009-cu ilin yaz semestrindən etibarən Azərbaycan dili kursları fəaliyyətə başlayıb. Fakültəsinin yaradılması münasibətilə Azərbaycan səfirliyi universitetə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixinə dair dərsliklər hədiyyə olunub. Hazırda 21 koreyalı tələbə Azərbaycan dili üzrə təhsilini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR