Bank Of Baku

Gürcüstan-Azərbaycan Humanitar Universitetinə qəbul imtahanları başa çatıb

Gürcüstan-Azərbaycan Humanitar Universitetinə qəbul imtahanları başa çatıb
# 28 avqust 2009 10:02 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstandakı Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetində qəbul imtahanları başa çatıb. Bu barədə APA-nın Gürcüstan bürosuna universitetin rektoru Novruz Bayramov məlumat verib. Rektor qeyd edib ki, bu il Gürcüstanda Azərbaycan dilli orta məktəblərdə buraxılış olmamasına baxmayaraq universitetə 100 tələbə qəbul olunub: “Bu, gələcəkdə Gürcüstanda 125 Azərbaycan dilli məktəbdə pedaqoji kadr çatışmazlığını aradan qaldıracaq. Hazırda məktəblərimizdə 1600 nəfər kadr çatışmır. Ona görə də bu böyük problemi həll etmək üçün universitetin fəaliyyətini bu sahəyə yönəltmişik”.
Qeyd edək ki, universitetdə 12 ixtisas üzrə fakültələr fəaliyyət göstərir. Dərslər Azərbaycan və gürcü dillərində keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR