Bank Of Baku

Qarabağ müharibəsi əlili ölkə prezidentinə müraciət edib

Qarabağ müharibəsi əlili ölkə prezidentinə müraciət edib
# 28 avqust 2009 10:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ müharibəsi əlili, Bakı şəhəri Mirəli Qaşqay küçəsi 42 ünvanında yaşayan Qubadlı rayonundan olan məcburi köçkün Bəkir Bayramov mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, B. Bayramov bildirib ki, 2009-cu il yanvarın 5-də onun yaşadığı Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında baş vermiş partlayış nəticəsində özü, 4 yaşlı oğlu, 6 yaşlı qızı və həyat yoldaşı ciddi yanıq xəsarəti alıb. Onun sözlərinə görə, hadisə qaz sızması nəticəsində baş verib. O, 5 saylı Şəhər Xəstəxanasında müalicə olunduqlarını, lakin tam müalicə ala bilmədiklərini qeyd edib. Hazırda yaşamağa yerlərinin olmadığını bildirən B. Bayramov deyib ki, hadisə baş verməzdən bir neçə gün əvvəl yaşadıqları mənzildən qaz iyi gəlib və bununla bağlı Nəsimi Rayon Qaz İstismar İdarəsinə müraciət edib: “Amma onlar baxış keçirdikdən sonra qaz sızmasının olmadığını bildirdilər. Bundan bir neçə gün sonra isə mənzildə partlayış baş verdi”. B. Bayramov baş verənlərlə bağlı ölkə prezidenti İlham Əliyevə müraciət etdiyini açıqlayıb. O, müraciətində qeyd edib ki, binanın ikinci mərtəbəsində yerləşən mənzilinin partlamasına yataqxananın birinci mərtəbəsində qeyri-qanuni fəaliyyət göstərən kafe səbəb olub. Onun sözlərinə görə, kafeyə qanunsuz qaz çəkilib və bu da ümumilikdə bina üçün ciddi problem yaradır. B. Bayramov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini və heç bir tədbir görülmədiyini deyib. B. Bayramov onu da deyib ki, ölkə prezidentinə etdiyi müraciətdə ailəsinin müalicə olunmasına və yaşadığı otağın yararlı hala salınmasına yardım olunmasını xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR