Bank Of Baku

Bu il Naxçıvanda 1366 nəfər daimi işlə təmin olunub

Bu il Naxçıvanda 1366 nəfər daimi işlə təmin olunub
# 28 avqust 2009 11:28 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Cari ilin ilk yeddi ayı ərzində Naxçıvan MR-in rayon məşğulluq mərkəzləri tərəfindən 2234 nəfər vətəndaş qeydiyyata alınıb, onlardan 1366-sı müxtəlif özəl və dövlət strukturlarında daimi işlə təmin olunub. Bu haqda APA-nın Naxçıvan bürosuna Naxçıvan MR Məşğulluq İdarəsinin rəisi Sevindik Əliyev məlumat verib.

S.Əliyev qeyd edib ki, 67 vətəndaş kvota-norma yerinə göndərilib, 136 nəfər ictimai işə, 129 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. İşsiz vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə “Əmək birjası”na müraciət edən 308 nəfərdən 222-si müvəqqəti xarakterli işlə təmin olunub.

Cari il bölgədə keçirilən əmək yarmarkalarına 94 idarə, müəssisə və təşkilatdan 784 boş iş yeri çıxarılıb ki, nəticədə 188 nəfər işaxtaran vətəndaş işlə təmin olunub. Hazırda növbəti əmək yarmarkalarına hazırlıqla bağlı boş iş yerləri haqqında məlumatlar toplanır.

Xatırladaq ki, 2003-ci ildən cari ilin iyulunadək Naxçıvanda 39547 yeni iş yeri yaradılıb ki, bunun da 25558-i, yəni 65 faizi daimidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR